Slimfit
  1. İDMAN

“Barselona” və “Leypsiq” Çempionlar Liqasında 1/8 finala belə çıxdı

“Barselona” və “Leypsiq” Çempionlar Liqasında 1/8 finala belə çıxdı
Sakura

“Barselona” və “Leypsiq” Çempionlar Liqasında 1/8 finala belə çıxdı

UEFA Çempionlar Liqasında daha iki pley-offa çıxan komandanın adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, bunlar İspaniyanın “Barselona” və Almaniyanın “Leypsiq” komandalarıdır.

F qrupunda “Barselona” əsas rəqiblərindən olan Dortmund “Borusiya”sına 3:1 qalib gəlməklə xalını 11-ə yüksəldib və bir tur qalmış qrup birinciliyini özünə təmin edib.

G qrupunda isə lider “Leypsiq” öz meydanında autsayder “Benfika” ilə oyunda çətin anlar yaşayıb. Leypsiq təmsilçisi 0:2 uduzduğu görüşdə isveçli yarımmüdafiəçisi Emil Foşberqin son dəqiqələrdə vurduğu iki qolla matçı heç-heçə bitirə bilib. Bu nəticə “Leypsiq”in 1/8 finala çıxmasına mane olmayıb.

Qeyd edək ki, daha əvvəl altı komanda – PSJ (Fransa), Madrid “Real”ı (İspaniya), “Bayern” (Almaniya), “Tottenhem”, “Mançester Siti” (hər ikisi İngiltərə) və “Yuventus” (İtaliya) “pley-off”u özlərinə təmin edib.

Səbuhi Musayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR