Dərc edildi: Baxış sayı: 696
“Barselona” rəsmiləri Neymar üçün Parisə yollandı
“Barselona” PSJ-nin hücumçusu Neymarın transferində geri qaytarmaqda israrlıdır. “Qafqazinfo” xəbər verir ki, artıq ispan klubunun təmsilçiləri Parisə yollanıblar.
İdman direktoru Erik Abidalın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün qarşı tərəflə masa arxasında əyləşəcək. Kataloniya təmsilçisi müəyyən məbləğdə pul və 1-2 futbolçusunu PSJ-yə təklif edəcək. Həmin oyunçular arasında intizamsızlığından əl çəkməyən Usman Dembelenin olması da istisna edilmir.
Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə məhz "Barselona"dan keçib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət