Dərc edildi: Baxış sayı: 418
"Barselona" Rakitiçi satır - baş məşqçi razılıq verdi
"Barselona"nın baş məşqçisi Ernesto Valverde futbolçusu İvan Rakitiçin satılmağına razılıq verib.
55 yaşlı mütəxəssis klubun idman direktoru Xose Sequroyla görüşüb və xorvat yarımmüdafiəçi üçün əlverişli təklif gələcəyi təqdirdə, onun satıla biləcəyini söyləyib.
Qeyd edək ki, Rakitiçin Kataloniya təmsilçisində qalmaq istədiyi iddia olunur. Onunla "Mançester Yunayted" və "İnter"in maraqlandığı bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət