Dərc edildi: Baxış sayı: 543
“Barselona” qələbə qazandı, “Yuventus” heç-heçə etdi
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə də 2 qarşılaşma baş tutub.
Hollandiya “Ayaks”ı Amsterdamda “Yuventus”u qəbul edib. Görüşə meydan sahibləri daha fəal başlasalar da, İtaliya təmsilçisi fasilə ərəfəsində hesabı açıb. Qonaqların heyətində Kriştianu Ronaldu fərqlənib.
Meydan sahiblərinin bərabərlik qolu fasilədən sonraya təsadüf edib. David Neres ikinci hissənin ilk dəqiqəsində azarkeşləri sevindirib.
İngiltərədə “Mançester Yunayted” “Barselona”nı qəbul edib. Bu matçda bir top həlledici olub.
"Qırmızı şeytanlar" erkən qola üzülüb. Lyuk Şounun 12-ci dəqiqədəki avtoqolu İspaniya klubuna üstünlük qazandırıb.
Qeyd edək ki, 1/4 finalın cavab oyunları aprelin 16-17-də keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət