Dərc edildi: Baxış sayı: 588
'Barselona' Neymarın qayıdışı ehtimalına aydınlıq gətirdi
Fransanın PSJ klubunun futbolçusu Neymar yay transfer pəncərəsində İspaniya "Barselona”sına qayıtmayacaq.
"Report"un “Catalunya Radio”ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi koronavirus pandemiyası ilə əlaqədar yaranmış maliyyə böhranı üzündən braziliyalı hücumçunun transferin mümkünlüyünü istisna edib.
Əvəzində əsas transfer hədəfi kimi İtaliya "İnter"inin forvardı Lautaro Martines müəyyənləşdirilib.
Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avroya keçib. "Sambaçı" ötən yay yenidən əvvəlki komandasına qayıtmağa cəhd etsə də, klublar sazişin maliyyə şərtlərini razılaşdıra bilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət