Slimfit
  1. İDMAN

“Barselona” Messinin qiymətini açıqladı

“Barselona” Messinin qiymətini açıqladı
Sakura

“Barselona” Messinin qiymətini açıqladı

Çempionlar Liqasında “Bavariya”ya rüsvayçı məğlubiyyət təkcə “Barselona” rəhbərliyini, azarkeşlərini, heyətini yox, ayrıca Lionel Messini də sarsıdıb.

Argentinalı futbol ulduzu Kataloniya klubundan getmək haqda düşünməyə başlayıb.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi Messinin qiymətini açıqlayıb. Onu heyətində görmək istəyən klub 700 milyon avrosundan keçməlidir. Hərçənd, “Barselona”nın prezidenti Jozep Bartomeu gələn ilin yayında müqavilə müddəti başa çatan Messinin getməyəcəyinə əmindir. Çünki argentinalı ilə xeyli reklam müqavilələri bağlanıb.

Avqustun 22-də “The Sun” yazmışdı ki, Messiyə PSJ, “İnter” və “Yuventus” iddia edir. Avropa mətbuatı futbol ulduzunun yeni baş məşqçi Ronald Kumanla ətraflı söhbət etdiyini yazır. Bildirildiyinə görə, Messinin öz gələcəyi ilə bağlı dəqiq təsəvvürü yoxdur.

Messi “Barselona”da 2003-cü ildən çıxış edir. Argentinalı Kataloniya klubunun heyətində meydana çıxdığı 785 oyunda 669 qol vurub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR