Dərc edildi: Baxış sayı: 382
'Barselona' De Liqt uğrunda mübarizədən imtina edib
Niderlandın "Ayaks" klubunun müdafiəçisi Mateys de Liqt yay transfer pəncərəsi dövründə “Barselona”ya keçməyəcək.
"Report" "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 19 yaşlı futbolçu uğrunda mübarizədən imtina edib.
Buna oyunçunun maliyyə sorğuları və keçid məbləği səbəb olub. Danışıqlar zamanı "göy-qırmızılar"ın rəhbərliyi sazişin onlara 200 milyon avroya başa gələcəyini hesablayıblar.
Transfer ediləcəyi təqdirdə "Barselona" Liqta görə bonusları çıxmaq şərti ilə 75 milyon avro ödəməli olacaqdı. Müdafiəçinin özü isə beş il müddətinə müqavilə bağlamaq və ilinə 12 milyon avro almaq istəyirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət