Dərc edildi: Baxış sayı: 604
Barmaq izi skan texnologiyalı ekrana sahib Xiaomi Mi 8X'in ilk fotoları sızdırıldı
Xiaomi şirkəti hələ yaz fəslində 3 ədəd flaqman smartfonu təqdim etmişdi. Lakin görünür, şirkət bunun üzərində dayanan deyil. Belə ki, internetə Xiaomi Mi 8X adlı modelin fotoları sızdırılıb. Arxa paneldən smartfon Xiaomi Mi 8-ə bənzəyir. Lakin arxa paneldə barmaq izi skanı hissəsi yoxdur. Bir sıra məlumatlara əsasən sözügedən smartfon modelində barmaq izi skanı texnologiyası birbaşa smartfon ekranına inteqrasiya olunacaq. Smartfonun həmçinin Snapdragon 710 prosessoru əsasında çalışacağı da deyilir.
Mənbə: Fins.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət