Slimfit
  1. MARAQLI

Barkod nədir? Sirli xətlərin mənası

Barkod nədir? Sirli xətlərin mənası
Sakura

Barkod nədir? Sirli xətlərin mənası

 

Hər birimiz marketlərdə aldığımız istənilən malın üzərindəki şaquli ağ-qara cizgilər və rəqəmlərdən ibarət etiketin olduğunu görürük. Bu etiket yazısı barkod adlanır.

kriptoinvest.az- istinadən bildirir ki, kassirlər malın barkod tərəfinə xüsusi cihazla işıq tutaraq qiyməti avtomatik hesablayıb sizə deyir. Bəs barkod nə üçün istifadə olunur və onun üzərindəki rəqəmlərin mənası nədir?

Barkod (barcode) - müəyyən informasiyanı texniki vasitələrlə rahat oxunacaq şəkildə təqdim edən qara və ağ zolaqların ardıcıllığıdır. Barkod vasitəsilə məhsulların bəzi mühüm parametrləri haqqında informasiya kodlaşdırılır. Barkod nömrələri ticarətdə, anbar uçotunda, poçtda, kitabxana işində, mühafizə sistemlərində, quraşdırma istehsalatında, sənədlərin işlənməsində istifadə olunur. Barkodların oxunması üçün barkod skaneri adlanan xüsusi cihazlardan istifadə olunur. Skaner öz işıqlandırıcısı ilə barkodu işıqlandırır və əldə olunan təsviri oxuyur.

Barkod sisteminin bir neçə geniş yayılmış formatları var: Amerikan Universal əmtəə kodu UPC və Avropa kodlaşdırılma sistemi EAN. Daha geniş yayılmış EAN/UCC kodları: EAN-13, EAN-8, UPC-A, UPC-E əmtəə nömrələri və 14-rəqəmli ITF-14 nəqliyyat qablaşdırması kodu. Ən çox istifadə edilənlər UPC və EAN-dır. UPC nömrələmə sistemi Kanada və Amerikada, EAN-13 nömrələmə sistemi isə Avropada istifadə edilməkdədir.

Misal: EAN-13 barkod nümunəsi:

 


1- Ölkə kodu - məhsulun (istehsalçı və ya satıcının) mənşə ölkəsini bildirir

2 - İstehsalçının kodu - ölkə kodunun uzunluğundan asılı olaraq 4 və ya 5 rəqəmdən ibarət olur və istehsalçı müəssisəni bildirir

3 - Əmtəə kodu - əmtəənin adını, onun istehlak xassələrini, ölçülərini, kütləsini, rəngini ifadə edir

4 - Nəzarət rəqəmi - skanerlə zolaqların düzgün oxunmasını yoxlayan nəzarət rəqəmidir

5 - Lisenziyaya əsasən hazırlanmış əmtəənin nişanı.

Ölkə kodu, bir qayda olaraq, EAN Beynəlxalq assosiasiyası tərəfindən verilir. Ölkə kodu heç bir halda bir rəqəmli olmur. 2 və ya 3 rqəmli olur. Bəzən etiketin üzərinə vurulan kod, qablaşdırmanın üzərində göstərilən istehsalçı ölkəyə uyğun olmur və bunun bir neçə səbəbi ola bilər:

- firma öz ölkəsində deyil, məhsulunun əsas hissəsini ixrac etdiyi ölkədə qeydiyyata aılınıb və kod alıb;

- əmtəə törəmə müəssisədə hazırlanıb. Yəni, əmtəə bir ölkədə, lakin digər ölkədən olan firmanın lisenziyasına əsasən hazırlanıb;

- müəssisənin təsisçiləri müxtəlif ölkələrdən olan bir neçə firmadır.

"EAN" sistemində ölkələr üzrə barkodlarının uyğunluq cədvəli:

 

Barkod haqqında biliyin faydası

İnsanlar çox zaman hər hansı bir məhsulu alarkən sırf istehsal olunduğu ölkəyə görə seçirlər. Misal üçün hollad pendiri, gürcüstan limonadı, rusiya kolbasası, braziliya kofesi, yeni zellandiya yağı, fransa ətirləri və s. Bu faktor bəzi "işbazlara" imkan verir ki, öz məhsullarını həmin ölkələrin əmtəələri kimi göstərərək satsınlar. Bunu anlamağın ən asan üsulu isə məhsul alarkən barkod kodunun ilk 3 rəqəminə diqqət yetirməkdir. Əgər aldığınız məhsulun üzərində "Made in Turkey" yazılıbsa və barkod kodunun ilk 3 rəqəmi 869 deyil 471 (Tayvana məxsus kod) qeyd edilibsə demək ki, malın keyfiyyəti və həqiqi istehsalçı ölkəsi barədə şübhə etməyə əsas var. Xatirladım ki, Azərbaycan istehsalı olan malların barkod kodu 476-dır. Ölkməzidə daha çox rast gəlinən malların üzərində 626 - İran, 690 - Rusiya, 869 - Türkiyə, 690 - Çin,  486 - Gürcüstan, 481 - Belarus, 940 - Yeni Zellandiya görmək mümkündür.

Bəzi ölkələrdə kreativ barkodlar mövcuddur:

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR