Slimfit
  1. İQTİSADİYYAT

Barama istehsalçılarına 2,5 milyon manat subsidiya ödəniləcək

Barama istehsalçılarına 2,5 milyon manat subsidiya ödəniləcək
Sakura

Bu il Azərbaycanda 514 tona yaxın yaş barama istehsal edilib

Bu il Azərbaycanda 514 tona yaxın yaş barama istehsal edilib. 

Kənd Təsərrüfatı Nazirliyinə istinadən, yerli kənd təsərrüfatı idarələrindən daxil olan sənədlər əsasında Respublika Komissiyası barama istehsalçılarına 2 490 502,35 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, emal müəssisələri istehsalçıdan yaş baramanın bir kiloqramını 4 manata alır, dövlət isə təhvil alınan baramanın hər kiloqramına görə istehsalçıya əlavə 5 manat subsidiya ödəyir.

Qeyd edək ki, dövlət tərəfindən veriləcək subsidiyaların məbləğinə dair məlumat Kənd Təsərrüfatı Nazirliyinin internet səhifəsində (http://www.agro.gov.az/2018-ci-il-zrr) yerləşdirilib.

 

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR