Slimfit
  1. TƏHSİL VƏ KARYERA

BANM “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib

BANM “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib
Sakura

BANM “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib

 Azərbaycanın ən nüfuzlu təhsil portalı olan Azedu.az ölkədə ən yaxşı ali təhsil müəssisələrini müəyyənləşdirmək üçün sorğu keçirib. 

Bu barədə "Report"a Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 16000 nəfərin qatıldığı sorğuda 15 universitet iştirak edib. “Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” sorğusunda Bakı Ali Neft Məktəbi top beşlikdə yer tutaraq “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib.

Azedu.az təhsil xəbərləri portalının baş direktoru Elşad Eyvazlı “İlin ən yaxşı təhsil müəssisəsi” adlı təltifnaməni rektor Elmar Qasımova BANM-da təqdim edib.

E.Qasımov sorğuda ilk beşlikdə yer almalarının sevindirici hal olduğunu vurğulayaraq, portal kollektivi və təşkilatçılara öz təşəkkürünü bildirib.

Ali Məktəblə təhsil portalının əməkdaşlığının daha da genişləndirilməsini nəzərdə tutulub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR