Slimfit
  1. CƏMİYYƏT

Bankomatlardan çıxan yararsız əsginaslara görə məsuliyyəti kim daşıyır? - AÇIQLAMA

Bankomatlardan çıxan yararsız əsginaslara görə məsuliyyəti kim daşıyır? - AÇIQLAMA
Sakura

Bankomatlardan çıxan yararsız əsginaslara görə məsuliyyəti kim daşıyır? - AÇIQLAMA

Vətəndaş Azərbaycan Beynəlxalq Bankının (ABB) ATM-lərindən çıxan əsginaslardan narazıdır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə vətəndaşlardan biri sosial şəbəkədə paylaşım edib. Paylaşımda ötən gün sözügedən bankın ATM-sindən məbləğ çıxarılan zaman pulların hamısının zədəli olması əksini tapıb:

“Əsginasların yarısının bir hissəsi olmayıb, digərləri isə zədəli və yararsız vəziyyətdə olub”.

Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankına (ABB) sorğu ünvanladıq. Bankdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür hallar kütləvi xarakter daşımır:

“Ola bilər ki, hansısa texniki səbəbdən belə bir istisna hal baş verib. Müştəri ABB-nin istənilən filialına yaxınlaşaraq, əsginasları dəyişə bilər. Ümumən inkassasiya zamanı yararsız əsginasların bankomatlara daxil edilməməsi üçün ABB-də lazımi yoxlama-nəzarət tədbirləri mütəmadi şəkildə həyata keçirilir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR