Slimfit
  1. İQTİSADİYYAT

Banklarla bağlı yeni cəza növü müəyyən edilir

Banklarla bağlı yeni cəza növü müəyyən edilir
Sakura

Banklarla bağlı yeni cəza növü müəyyən edilir

Azərbaycanda banklar və digər qurumlarla bağlı yeni cəza növü müəyyən edilib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR