Slimfit
  1. İDMAN

Bananyarlı: Azərbaycanı dünya çempionatında Maksim təmsil edəcək

Bananyarlı: Azərbaycanı dünya çempionatında Maksim təmsil edəcək
Sakura

Bananyarlı: Azərbaycanı dünya çempionatında Maksim təmsil edəcək

İyulun 12-28-də Cənubi Koreyanın Kvanqcu şəhərində keçiriləcək su idmanı növləri üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançının adına aydınlıq gəlib.

Bu barədə Oxu.Az-a Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bananyarlı məlumat verib.

O bildirib ki, ukraynalı legionerimiz Maksim Şemberevin bu dünya çempionatında çıxış edəcəyi artıq dəqiqləşib. 2015-ci ildən milliləşdirilmiş, IV İslam Həmrəyliyi Oyunlarında dörd qızıl medal (200 metr batterflay, 400 metr kompleks, 800 metr və 1500 metr sərbəst) qazanmış Şemberev buna üzgüçülük üzrə Dünya Kubokunun yeddi mərhələ yarışı zamanı qazandığı yüksək nəticə ilə nail olub.

Belə ki, 26 yaşlı Maksim Şemberev ötən ilin sentyabrında Qətərin paytaxtı Dohada Dünya Kubokunun ikinci mərhələsində 200 metr məsafəyə batterflay üsulu ilə yarışda çempion olub, 400 metr qarışıq üsulla üzmə yarışlarında isə gümüş medal qazanıb. Niderlandın Eyndhoven şəhərindəki Dünya Kubokunun üçüncü mərhələsində isə o, 1500 metr məsafəyə sərbəst üsulla yarışda hamıdan birinci finişə çatıb, 400 metr məsafəyə kompleks yarışında isə bürünc medala yiyələnib.

Qeyd edək ki, iki il əvvəl Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında Azərbaycan iki idmançı ilə üç növdə təmsil olunub. Anna Yaqer qadınların 5 km məsafəyə üzgüçülük yarışında vaxt limitini aşaraq sonuncu olub. Digər idmançımız Boris Kirillov isə 100 metr məsafəyə arxası üstə üzgüçülük yarışında 42-ci, 200 metr məsafəyə arxası üstə yarışda isə 38-ci olaraq yarımfinala vəsiqə qazana bilməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR