Slimfit
  1. CƏMİYYƏT

Ballıqaya faciəsindən 27 il ötdü

Ballıqaya faciəsindən 27 il ötdü
Sakura

Ballıqaya faciəsindən 27 il ötdü

Bu gün Ballıqaya soyqırımından 27 il ötür.

Kult.az xatırladır ki, 1992-ci il mayın 18-dən sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər - Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda - Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşmışdılar.

1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra daha əlverişli şərait yaratmaq məqsədi ilə Goranboyun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisinə köçüblər.

Məskunlaşdıqdan üç gün sonra, yəni 28 avqust saat 05.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü köçkünlərin alaçıqlarını xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutub. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid olub.

Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələr də, təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr alıblar. 5 nəfər ağır yaralanıb, 4 nəfər isə yüngül xəsarətlər alıb.

Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq yaralanıb. Meyitlərdən çoxu yanaraq tanınmaz hala düşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR