Slimfit
  1. İDMAN

Balkan ölkələri DÇ-2030-u birgə təşkil etmək istəyir

Balkan ölkələri DÇ-2030-u birgə təşkil etmək istəyir
Sakura

Balkan ölkələri DÇ-2030-u birgə təşkil etmək istəyir

Dörd Balkan ölkəsi futbol üzrə 2030-cu il dünya çempionatını birgə təşkil etmək istəyir.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, söhbət Bolqarıstan, Yunanıstan, Rumıniya və Serbiyadan gedir. Bu ölkələrin baş nazirlərinin Varna şəhərində mundiala birgə ev sahibliyi ilə bağlı məsələni müzakirə etdikləri bildirilir.

DÇ-2030-u müştərək keçirtməkdə Cənubi Amerikanın 3 ölkəsi – Argentina, Paraqvay və Uruqvay da maraqlıdır. Bu mundial Uruqvayda baş tutan ilk dünya çempionatının 100 illiyinə təsadüf edəcəyi üçün sözügedən dövlətlər daha şanslı görünür.

Həmçinin İngiltərə də Şotlandiya, Uels, İrlandiya və Şimali İrlandiya ilə birgə DÇ-2030-a ev sahibliyi etmək istəyir.

Qeyd edək ki, DÇ-2022 Qətərdə keçiriləcək. İlk dəfə 48 ölkənin qatılacağı DÇ-2026-ya isə Meksika, ABŞ və Kanada müştərək ev sahibliyi edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR