Dərc edildi: Baxış sayı: 757
Balıqçının toruna qızıl balıq düşməsə də, balığın qarnından qızıl üzük çıxdı
Rusiyada balıqçı tilovuna düşən balığı evdə yararkən sürprizlə qarşılaşıb. Su sakininin qarnından qızıl üzük çıxıb.
Bizimyol.info xəbər verir ki, hadisə Sankt-Peterburq şəhərində baş verib. Balıqçı kiçik su hövzəsində balıq tutmaq qərarına gəlib. Onun bəxtinə şüaüzgəclilər fəsiləsindən olan “koryuşka” balığı düşüb. “Koryuşka” həm də qızıl balıq növünə aid edilir.
Balıq yetərincə balaca olub. Çəkisi heç 100 qrama çatmır. Buna baxmayaraq, onu qızartmaq qərarına gəliblər. Təmizləyərkən qarnından qızıl üzük tapıblar.
Balıqçı üzüyün fotosunu sosial şəbəkələrdə paylaşıb. Onun səmimiyyətinə inanmayanlar da az olmayıb. Şübhə edənlərin fikrincə, balıqçı özü üzüyü balığın qarnına qoyub. Onlar hesab edirlər ki, bu balıq növü o ölçüdə üzüyü uda bilməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət