Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Balıq yeməyin 10 faydası

Balıq yeməyin 10 faydası
Sakura

Balıq yeməyin 10 faydası

Balıq və balıq məhsullarının insan bədəninə və fiziologiyasına saymaqla bitməyəcək qədər faydaları var.
 
Parafr.az mütəxəssis dietoloqlar və həkimlər tərəfindən təsdiq edilən bu faydaların ən vaciblərini təqdim edir:
 
1. Ürəyin sağlamlığını qoruyur. Balığın tərkibində doymamış yağ turşusu var. Buna görə də ətdən fərqli olaraq xolestrolun səviyyəsini aşağı salır. Əsl yaralı yağ isə Omeqa 3-dür.
 
Image result for balık yemekleri
 
2. Damarları təmizləyir. Damardaxil tıxanıqlıqlar yaranmasının qarşısını alır. Dəniz məhsullarının tərkibində olan Omeqa 3 yağlarındakı EPA və DHA-lar eikosanoidlərin sağlam səviyyədə qalmasına yardımçı olur. Bu eikosanoidlər bədənin xərçəngə və digər öldürücü xəstəliklərə qarşı qoruyan hormonabənzər maddələrdir.
 
Image result for balık yemekleri
 
3. Oynaqlara faydalıdır. Oynaqlarda aşınmanın qarısını alır. Oynaqların şişməsinə yol açan romatoid artritin simptonmlarını azaldır.
 
Image result for balık yemekleri
 
4. Gözün sağlamlığı üçün vacibdir. Mütəmadi balıq yemək gözün parlaq və sağlamlığını təmin edir. Omeqa 3 yağı görüntünün bulanıqlaşmasına yol açan və yaşla bağlı olan, degenererasiyaya məruz qalanlarda görmə funksiyalarını qoruyur.
 
Image result for balık yemekleri
 
5. Dəniz məhsulları vücudun problemsiz işləməsi üçün lazım olan yod, selenium və kaliuma malikdir. Balıq A və D vitamininə malik ən zəngin qidalardandır.
 
Related image
 
6. Nəfəs problemlərinə təsirlidir. Ağ ciyərlərin qorunmasına yardımçı olur. Uşaqlarda astmanın ilkin simptomlarının qarşısını alır.
 
Related image
 
7. Depressiya ilə mübarizədə faydalıdır. Omeqa 3-ün aşağı səviyyədə olması depressiyanın yüksək səviyyədə olması ilə bağlıdır. Dəniz məhsulları mövsümi duyğuların balansda qalmasına yardımçı olur.
 
Image result for balık yemekleri
 
8. Dərinin sağlamlığı və gözəlliyi üçün əvəzedilməzdir. Dərinin ultrabənövşəyi şüalardan aldığı zədələri aradan qaldırır. Elastikliyi və protein deposunu təmin edir.
 
Related image
 
9. Bağırsağın sağlam qalmasını təmin edir. Bağırsaq xəstəliklərindən qoruyur.
 
Image result for balık yemekleri
 
10. Beyin gücünü artırır. İnsan beyninin 60%-i yağdır. Bunun əksər hissəsini də Omeqa 3 təşkil edir. Diqqətin toplanmasında, oxuma bacarığının yaxşılaşmasında, davranış, hiperaktiv pozuntuların aradan qaldırılmasında balıq ən təsirli vasitələrdəndir.
 

Image result for balık yemekleri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR