Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Balıq yağının hamilə qadınlara gözlənilməz faydası

Balıq yağının hamilə qadınlara gözlənilməz faydası
Sakura

Balıq yağının hamilə qadınlara gözlənilməz faydası

Gələcək analar balıq yağından çox miqdarda istifadə etməklə uşaqsalma, ölü uşaq doğma, yaxud vaxtından əvvəl dünyaya uşaq gətirmə kimi ehtimalları azalda bilərlər. FaktXeber.com-un  verdiyi məlumata görə, bu barədə tibb alimləri JCI Insight jurnalında dərc etdikləri məqalədə bəyan ediblər.

«Biz bilirdik ki, bütün bu ağırlaşmalar bakterial infeksiyalarla bağlıdır, ancaq onların necə iltihab yaratdığını anlamırdıq. Bunu müəyyən etdikdə isə qadınlar üçün təhlükəsiz olan iltihab əleyhinə  preparat axtarışına başladıq», - deyə Nyu-Yorkda Kolumbiya Universitetindən olan İ-pin Xan deyir.

Xan və həmkarları ağız boşluğunda yaşayan Fusobacterium nucleatum tipli mikrobun hamilə qadının bətninə düşdükdən sonra fetusun inkişafına  necə təsir gösmtərdiyini öyrənərkən balıq yağının gözlənilməz təsirini öyrəniblər.

Məsələ burasındadır ki, alimlər uşaq salmaların və vaxtından əvvəl doğmaların  1/3-nin bu bakteriyaya görə baş verdiyini düşünüblər, lakin onların gələcək anaların orqanizmə təsir mexanizmləri anlaşılmaz olaraq qalırdı.

Məqalə müəllifləri bu sirri araşdırmaq üçün hamilə siçanları Fusobacterium nucleatum mikrobu ilə yoluxduraraq, orqanizmə təsirini yoxlayıblar. Məlum olub ki, orqanizmdə ağırlaşmalar dişinin orqanizmində infeksiyanı məhv etmək üçün immun sistemi tərəfindən istifadə olunan və iltihab reaksiyası yaradan çoxlu miqdarda zülalı sintezləşdirərsə baş verir.

Bu zülalı müəyyən etdikdən sonra bioloqlar onu çıxararaq iltihabın qarşısını almaq üçün mövcud olan  iltihab əleyhinə preparatlardan istifadə etməyə çalışıblar. Məlum olub ki, bunun üçün ən yaxşı seçim balıq yağında çoxlu miqdarda olan Omeqa 3 yağ turşularıdır. 

Hamilə siçanlarda sonrakı təcrübələr göstərdi ki, bu qida əlavəsinin qəbulu iltihabı və onunla əlaqədar olan uşaqsalma, ölü uşaq doğma və digər neqativ nəticələri dəfələrlə azaldıb.

Balıq  yağının insan orqanizminə təhlükəsiz olduğunun çoxdan sübut edildiyini nəzərə alaraq, Xan və həmkarları hamilə qadınlara özlərini və gələcək uşaqlarını  belə infeksiyalardan qorumaq üçün balıq yağından dərhal istifadəyə başlamağı tövsiyə edirlər.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR