Slimfit
  1. MARAQLI

Balıq şorbası necə bişirilir?

Balıq şorbası necə bişirilir?
Sakura

Balıq şorbası necə bişirilir?

Balıq qida rasionumuzda həftədə iki dəfə mütləq yer almalıdır. Çünki orqanizm üçün vacib olan Omeqa-3 ilə zəngindir.

Adətən balıqdan qızardılmış formada istifadə edirik. Mütəxəssislər isə bütün qızartmalarda olduğu kimi, balığı qızartmağın da məsləhət olmadığını bildirirlər 

Publika.az balıq şorbasının hazırlanma qaydasını təqdim edir:

Lazım olanlar:

350 qram levrək balığı (dəniz bassı)

2 xörək qaşığı kərə yağı

Yarım kərəviz

1 soğan

1 kök
2 ədəd bibər
5 diş sarımsaq
1 xörək qaşığı un
6 stəkan su
Duz, istiot
Şüyüd

Hazırlanması:

Kərəviz, soğan, sarımsaq və kökü rəndələyib, soğanı doğrayın. Daha sonra onları yağda qovurun və unu da ora töküb qovurmağa davam edin. Suyu əlavə edib 30 dəqiqə qaynadın. Balığı kiçik kvadratlar formasında doğrayıb, qazana tökün. Duz və istiotu da vuraraq, şorbanı 10 dəqiqə balıqla birlikdə qaynadın. Doğranmış bibər və şüyüdlə isti-isti servis edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR