Slimfit
  1. MARAQLI

Balığın təzə, yaxud köhnə olduğunu bilməyin YOLLARI

Balığın təzə, yaxud köhnə olduğunu bilməyin YOLLARI
Sakura

Balığın təzə, yaxud köhnə olduğunu bilməyin YOLLARI

Balıq və balıq məhsullarının insan orqanizmi üçün nə qədər faydalı olduğu hamıya məlumdur. Mütəxəssislərin qənaətinə görə hər bir orta yaşlı insan il ərzində 15-20 kiloqram balıqdan istifadə etməlidir. Sözsüz ki, balığın faydalarından lazımınca yararlanmaq üçün ilk növbədə onun keyfiyyətli və təzə olmasına diqqət yetirmək lazımdır. Bəs balıq alarkən onun təzə olmasını necə müəyyənləşdirmək olar?

Milli.Az modern.az-a istinadən mövzu ilə bağlı yazını təqdim edir.
 
Hazırda balıq satışına çox yerdə rast gəlmək olar. Yol qırağından tutmuş ən iri marketlərə qədər. Könlünə balıq düşənlər ilk növbədə onu nəzərə almalıdırlar ki, istənilən qida məhsulunu sanitar-gigiyenik normalara cavab verən ticarət obyektlərindən almaq lazımdır. Yol kənarında satılan balıqlardan təzəlik və keyfiyyət ummayın. Düzdür, inandırmağa çalışacaqlar. Əgər inanmaq istəsəniz tez-tez rast gəlinən balıq zəhərlənməsi hallarını güzünüzün önünə gətirin.
 
Balıq alarkən birinci onun iyinə fikir verin. Balığın özünəməxsus spesefik iyi olmalıdır.
 
Seçdiyiniz balığın gözünə diqqət yetirin. Gözün içi aydın və şəffafdırsa, deməli, təzə balıqdır. Əgər bulanıqdırsa, bu balığın köhnə olmasına işarədir.
 
Balığın qəlsəmələrinə nəzər salın. Təzə balıqda qəlsəmələrin rəngi qırmızı və ya tünd qırmızı olur. Köhnə balıqda isə qəlsəmələr tünd boz rəngə çalır.
 
Balığın böyründən barmağınızla basın. Əgər basılmış hissə 3-4 saniyə ərzində əvvəlki vəziyyətinə qayıtmırsa, demək, balıq köhnədir.
 
Balığın üz səthi şəffaf və selikli, pulcuqları hamar olmalıdır. Əgər o şəffaflığını itiribsə, bu balığın köhnə olmasının əlamətidir.
 
Balığın təzə olmasını yoxlamaq üçün daha bir üsul. Balığı su ilə dolu bir qaba atın. Əgər balıq batırsa, demək, təzədir.
 
Hazırda ilin "R" hərfi olan aylarıdır. Demək, balıq yeməyin ən yaxşı mövsümüdür. Yuxarıdakı məsləhətləri nəzərə alıb qida rasionunuzu balıqla zəngin edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR