Slimfit
  1. ƏDƏBİYYAT

Balaş Azəroğlu - Asan da gǝlmǝsin, ey ağciyǝr, şikar sǝnǝ

Balaş Azəroğlu - Asan da gǝlmǝsin, ey ağciyǝr, şikar sǝnǝ
Sakura

Balaş Azəroğlu - Asan da gǝlmǝsin, ey ağciyǝr, şikar sǝnǝ

Asan da gǝlmǝsin, ey ağciyǝr, şikar sǝnǝ, 
Çǝtin başa gǝlǝcǝk axırı bu kar sǝnǝ. 

Şiri şikara gedǝn çox zaman şikara dönüb, 
Gǝr şikar olmamısan tale olub yar sǝnǝ. 

Arif ol kǝsdi ki, öz-özünü dǝrk elǝyir, 
Sahili yox bu dǝniz heç verǝr kǝnar sǝnǝ? 

Əlin ǝtǝkdǝn uzun durmusan nahaq belǝcǝ, 
Nǝ ümmid eylǝmisǝn yol verǝ hasar sǝnǝ! 

İnanmıram ki, qiyamǝtdǝ dǝ dura bilǝsǝn, 
Nǝdǝndi eylǝmǝyir tǝsir heç bahar sǝnǝ? 

Göyün sinǝsini yüz parça etdi şimşǝklǝr, 
Bircǝ an gözlǝrini açmadın, nǝ var sǝnǝ! 

Nǝdir bu kölgǝnin ardınca hey düşüb qaçmaq? 
Bu sǝrvǝ diqqǝt elǝ sayǝsi çatar sǝnǝ. 

O daş ürǝyin ilǝ çox da iftixar elǝmǝ, 
Fǝlǝk ǝzǝr o daşı bir divan tutar sǝnǝ, 

Öz hǝddini aşanı bir gün endirǝr bu fǝlǝk, 
Unutma hǝddini ta vermǝyǝ qǝrar sǝnǝ. 

Ağıllı başlanan iş bil o vaxt çatır sona ki, 
Gülür mǝhǝbbǝt ilǝ onda ruzigar sǝnǝ. 

Közǝrmiş ulduz ilǝ dağlı lalǝdǝn başqa, 
De indi, hansı gülü bǝxş edib bahar sǝnǝ?! 

Nǝ yaxşı oldu ki, axır oyandın, ey Saib, 
Axı bu daş yuxular az verib azar sǝnǝ?!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR