Slimfit
  1. BİOQRAFİYA

Balaş Azəroğlu

Balaş Azəroğlu
Sakura

Abizadə Balaş Allahbaxış oğlu (Balaş Azəroğlu) — şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar…

Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini də burada almışdır. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərərək vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmişdir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmiş, qəlbində ədəbiyyata olan böyük sevgisini də o yaratmışdır.. İlk mətbu şei ri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxmışdır.

1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur (1941). Bu da onun yaradıcılığında siyasi lirikanın ön plana keçməsində mühüm rol oynamışdır. İran Xalq Partiyasına daxil olur (1942). "Azərbaycan zidd faşist cəmiyyəti"nin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir (1943). Bu cəmiyyətin orqanı "Yumruq" qəzetinin redaktoru olur. "Vətən yolunda" qəzeti redaksiyasının müsabiqəsində "Səttarxan" şei rinə görə mükafata layiq görülür. Azərbaycan Demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, "Cövdət" qəzetinin redaktoru, "Şairlər məclisi"nin Ərdəbil şöbəsinin rəhbəri olmuşdur (1943-1945). Təbrizdə Milli hökumət tərəfi ndən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunur. "Yazıçılar və şairlər cəmiyyəti"nin idarə heyətinin üzvü seçilir (1946).

Ərdəbildə və Təbrizdə ilk şeir kitabları (1943, 1945) dərc olunmuşdur. Bakıda ADU-nun fılologiya fakültəsində təhsil alır (1947-1952). Eyni zamanda, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində çalışır. ADF MK-nın orqanı "Azərbaycan" qəzeti redaksiyasında ədəbi-bədii şöbənin müdiri (1948-1953), sonra məsul redaktor (1953-1956), ADF MK-da təbliğat şöbəsinin müdiri (1956-1958), Azərbaycan Ali Partiya məktəbində xüsusi fakültənin dekanı (1958-1959) işləyir. ADF MK-nın sədr müavini (1959-1963) seçilir.

Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Orta əsrlər ədəbiyyatı şöbəsinin baş elmi işçisi işləmişdir (1963-1982). Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır (1981-1991). Hazırda Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri təyin olunmuşdur (1991). Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). O, İran Xalq partiyasının və ADF MK-nın üzvü, SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsi rəyasət heyətinin üzvü olur. Bununla yanaşı, Azərbaycan SSR Yazıçılar İttifaqının plenum üzvü və katibi seçilir (1981). Çoxcildlik "Azərbaycan ədəbiyyatı"nın müəlliflərindən biridir. Farscadan dilimizə çevirdiyi Nizaminin "Yeddi gözəl" poemasını (1992, "Yazıçı"), Füzulinin qəzəllərini çap etdirmişdir. Şəhriyardan tərcümələri vardır. Onun ərəb əlifbası ilə "Seçilmiş əsərləri" (1996, Tehran) buraxılmışdır.

SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar İttifaqının qurultaylarında nümayəndə və qonaq kimi iştirak etmişdir. Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərində (1950, 1959) iştirakçı olmuşdur. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

Xidmətlərinə görə "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri ilə, "21 Azər", "Firdovsi" və digər medallarla, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1960, 1971). 1996-cı ildə 75 yaşında "Şöhrət Ordeni" ilə təltif edilmişdir.

1996-cı ilin yayında İranda Tehran, Kəraçi, Ərdəbil və Təbriz şəhərlərində cənublu şair, yazıçı və alimlər onun anadan olmasının 75 illiyi münasibəti ilə görüşlər keçirmişlər.

24 aprel 2011-ci ildə vəfat etmişdir.

 

Tərcümələri

Əsərləri

  1. Şeirlər. Bakı: Azərnəşr, 1948, 110 səh.
  2. Savalan. Bakı: Uşaqgəncnəşr, 1949, 36 səh.
  3. Mübarizə yollarında. Bakı: Azərnəşr, 1950, 32 səh.
  4. Gənclik dostlarım. Bakı: Uşaqgəncnəşr, 1950, 28 səh.
  5. Mənim nəğmələrim. Bakı: Azərnəşr, 1952, 160 səh.
  6. Səhər şəfəqləri. Bakı: Azərnəşr, 1953, 167 səh.
  7. Sənətin qüdrəti. Bakı: Azərnəşr, 1955, 78 səh.
  8. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1956, 192 səh.
  9. Çiçəklən tarlalar. Bakı: Uşaqgəncnəşr, 1954, 64 səh.
  10. İtmiş qız haqqında dastan. Bakı: Uşaqgəncnəşr, 1957, 40 səh.
  11. Hafizin qəbri üstündə. Bakı: Uşaqgəncnəşr, 1959, 27 səh.
  12. Seçilmiş şerlər. Bakı: Azərnəşr, 1959, 203 səh.
  13. Əsərləri. Bakı: Azərnəşr, 1961, 284 səh.
  14. Elə oğul istəyir vətən. Bakı: Azərnəşr, 1961, 190 səh. (ərəb əlifbası ilə).
  15. Şerlər. Bakı: Azərnəşr, 1963, 86 səh.
  16. Elə oğul istəyir vətən. Bakı: Azərnəşr, 1964, 190 səh.
  17. İki dost. Bakı: Azərnəşr, 1965, 32 səh.
  18. Məcnun söyüd. Bakı: Azərnəşr, 1966, 277 səh.
  19. Savalan əfsanəsi. Bakı: Gənclik, 1967, 51 səh.
  20. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı6 Azərnəşr, 1970, 308 səh.
  21. Dünənim, bu günüm, sabahım. Bakı: Gənclik, 1970, 240 səh.
  22. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1970, 303 səh.
  23. İllərdən illərə. Bakı: Gənclik, 1971, 283 səh.
  24. Yarpaqlar töküləndə. Bakı: Azərnəşr, 1976, 274 səh.
  25. Məhəmməd Əmani. Bakı: Elm, 1977, 129 səh.
  26. Dünənim, bu günüm, sabahım. Bakı: Gənclik, 1978, 240 səh.
  27. Saib Təbrizinin sənət dünyası. Bakı: Yazıçı, 1981, 175 səh.
  28. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 1982, 261 səh.
  29. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Yazıçı, 1983, 236 səh.
  30. Gəl, ay bahar. Bakı: Gənclik, 1983, 116 səh.
  31. Sinəm Savalan dağıdır. Bakı: Yazıçı, 1984, 267 səh.
  32. Bir kürsü istəyirəm. Bakı: Yazıçı, 1989, 245 səh.
  33. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 1991, 395 səh.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR