Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

“Balam mənlə sağollaşmadı, dedi qayıdacaq” - Videoreportaj

“Balam mənlə sağollaşmadı, dedi qayıdacaq” - Videoreportaj
Sakura

“Balam mənlə sağollaşmadı, dedi qayıdacaq” - Videoreportaj

Məlum olduğu kimi, bu gün Azərbaycanda Vətən müharibəsi şəhidləri anılır. Bu şərəfli gündə şəhidlərlə bağlı hazırladığımız reportajları bir daha sizə təqdim etməkdən qürur  duyuruq:

Azərbaycanın 30 ildir erməni işğalında olan torpaqlarını azad etmək uğrunda apardığı haqlı savaşda verdiyi şəhidlərdən biri də 21 yaşlı Hüseyn Quliyevdir. 

Qafqazinfo”nun əməkdaşları şəhidimiz, iki bacının bir qardaşı H.Quliyevin Gəncə şəhərində yaşayan ailəsi ilə görüşüb, evində reportaj hazırlayıblar.

Valideynləri danışır ki, uşaqlıqdan qapalı olmağı ilə seçilən Hüseyn kənardakılarla çox şeyi bölüşməyib. Evin tək oğlu və sonbeşiyi olması da onu bu ciddiliyindən ayıra bilməyib. Anası Gülxar Quliyeva deyir ki, oğlu elə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub:

“Onu əsgərliyə yola salanda Quranın altından keçdi. Dedim bəs Hüseyn mənlə görüşmürsən? Dedi, gələcəyəm də, ana.... Boyu da hündür idi, boyum da çatmadı ona. Elə yarımçıq qucaqladım".

Universitetdə fəal olan Hüseyni Bakıda yaşıdları arasında az qala, hər kəs tanıyıb. Bunu atası Həsən Quliyev də deyir:

“Bir dəfə BDU-ya getdim, hamı gəlib Hüseynlə salamlaşırdı. Deyirdim Hüseyn Bakıda hamı səni tanıyır ki? Deyirdi hə, ata, hamı məni tanıyır”.

Bu sözlərin ardından anası Gülxar xanım da “Yəqin ki, siz də Bakıda onu tanıyırdınız. Ola bilməz ki, tanımayasınız”, - deyə bizə sual edir. 

Hüseyn bakalavr təhsilini bitirdikdən sonra BDU-nun magistratura pilləsinə də qəbul olur. Onun arzusu isə müstəntiq olmaq imiş.

Lakin atasının insult keçirməsi səbəbiylə hərbi xidmətə getmək qərarına gəlir. Arzusu isə bu olur ki, tezliklə hərbi xidməti bitirib işləsin, ailəsinə sahib çıxaraq onlara baxsın. Və yalnız bundan sonra təhsilini davam etdirsin. Buna görə də Hüseyn hərbi xidmət üçün tələsir və iyulda əsgərliyə yollanır.

Qürurlu şəhid anası bildirir ki, hələ Hüseynin bakalavr diplomunu BDU-dan götürə bilməyiblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR