Slimfit
  1. İDMAN

Balaca gimnast – Mina Abbasovanın Xorvatiyada böyük qələbəsi

Balaca gimnast – Mina Abbasovanın Xorvatiyada böyük qələbəsi
Sakura

Balaca gimnast – Mina Abbasovanın Xorvatiyada böyük qələbəsi

Xorvatiyanın Zadar şəhərində Xorvatiya Bədii Gimnastika Federasiyasının dəstəyi ilə Bədii Gimnastika üzrə Beynəlxalq “Sirena kuboku – 2018” yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Bolqarıstan, Avstriya və digər ölkələrin 30-dan çox komandası mübarizə aparıb. Bu turnirdə Azərbaycanı həmyerlimiz, səkkiz yaşlı gimnast - Mina Abbasova təmsil edib. Böyük rəqib ordusunun olmasına baxmayaraq o, gimnastlar arasında fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. Belə ki, istedadlı gimnastımız tam xal hesabı ilə birinciliyi əldə edərək bu ay ərzində üçüncü qızıl medalını qazanıb.

Qeyd edək ki, Mina Abbasova artıq üç ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən, Beynəlxalq kateqoriyalı hakim Lyubov Bernat ve Inga Mackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunun üzvüdür. O, beş yaşından başlayaraq iştirak etdiyi beynəlxalq yarışlarda müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, bu ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən başlayaraq Azərbaycan bayrağı altında çıxış edir. Səkkiz yaşlı çempion bu ay Polşada keçirilən yarışlarda da ölkəmizi təmsil edib və iki qızıl, bir gümüş medal qazanıb. Balaca qəlbində böyük vətən sevgisi daşıyan, istedadlı gimnastımız Mina Abbasovanın arzu-istəyini, qazandığı uğurları nəzərə alaraq, yarışlarda Azərbaycanı təmsil etməsi üçün ona icazə veriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR