Dərc edildi: Baxış sayı: 682
Bal kimi pəhriz - Yeyin, arıqlayın, sağlam qalın
Bir çox insanda pəhriz kəlməsi dadsız qidalar və ya ac qalmaqla assosiasiya olunur. Ona görə də bir çoxları pəhrizdən imtina edirlər. Lakin bu fikir yanlışdır.
Arıçılıq məhsulları öz faydalı xüsusiyyətləri ilə məşhurdurlar. Bal insanın immuniteti artırır, mədə-bağırsaq sisteminin işini yüngülləşdirir. Bu faydalı məhsuldan istifadə edərək arıqlamaq da mümkündür.
Medicina.az sizə bu dəfə dadlı bal pəhrizini təqdim edir:
Bal pəhrizinin prinsipləri:
1. Qida rasionundan yağlı qidaları, un məmulatlarını və bütün şirin qidaları çıxartmaq lazımdır.
2. Səhər yeməyindən 20 dəqiqə əvvəl 1 x/q balı 1-2 damcı limon şirəsi əlavə edilmiş 1 stəkan ilıq su ilə için.
3. Daha sonra hər yemək qəbulundan əvvəl 1 ç/q bal yeyin.
4. Yağsız süd məhsullarından, meyvə-tərəvəzlərdən çox istifadə edin. Gün ərzində 2 litrdən az olmayaraq su için.
Bal pəhrizinin qaydaları:
• Səhər yeməyi: 150 qr kəsmik, 1 ç/q bal əlavə edilmiş bal, alma
• İkinci səhər yeməyi: yarım stəkan qatıq, təzə sıxılmış portağal şirəsi
• Nahar: qaynadılmış gül kələm və ya brokkoli, 200 qr giləmeyvə və ya alma, ballı çay
• Narah sonrası: portağal, alma və ya banan
• Şam yeməyi: tərəvəz bulyonu, 1 ç/q bal əlavə edilmiş 1 stəkan kefir, alma.
Bunlardan əlavə rasiona kartofdan əlavə bibər, xiyar, yerkökü, pomidor kimi tərəvəzləri də daxil etmək olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət