Slimfit
  1. CƏMİYYƏT

“BakuBus”ın avtobusları dayanacaqda saxlamır

“BakuBus”ın avtobusları dayanacaqda saxlamır
Sakura

“BakuBus”ın avtobusları dayanacaqda saxlamır

Bu gün səhər saatlarında Heydər Əliyev Prospektində "Koroğlu" metrosu istiqamətində sərnişinlər yolda qalıb.

"Qafqazinfo" xəbər verir ki, "BakuBus"a məxsus avtobuslar Cavanşir körpüsünün altından keçdikdən sonra prospektin orta yolu ilə hərəkət ediblər və Bakı Nəqliyyat Agentliyinə məxsus dayanacağa daxil olmayıblar. 13 saylı marşrut xətti üzrə hərəkət edən 7-8 avtobus içində az sərnişin olmasına baxmayaraq dayanacaqda saxlamayıblar. Bunun nəticəsində çoxlu sərnişin yarım saat gözləməli olub.

Yarım saatlıq intervalla dayanacağa daxil olan 1 saylı marşrut avtobusunda sıxlıq olduğundan sərnişinlərin bir çoxu minə bilməyərək yolda qalıblar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya qeyd edib ki, məsələ araşdırılaraq qısa zamanda açıqlama veriləcək: “Hazırda Heydər Əliyev prospektində sıxlıq var. Ancaq dediyiniz hal müşahidə olunmayıb. Araşdırılacaq”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR