Slimfit
  1. İDMAN

"Baku Open"nin qalibi bəlli oldu - Şahmat turniri

"Baku Open"nin qalibi bəlli oldu - Şahmat turniri
Sakura

Noyabrın 24-də Bakıda start götürən “Baku Open” beynəlxalq şahmat turnirinə bu gün yekun vurulub

Noyabrın 24-də Bakıda start götürən “Baku Open” beynəlxalq şahmat turnirinə bu gün yekun vurulub.

Axar.az xəbər verir ki, 9 mümkündən 7,5 xal toplayan Azərbaycan şahmatçısı Eltac Səfərli turnirin qalibi olub. Qədir Hüseynov, Rəvan Əliyev, Samir Davidov (Azərbaycan), Jamsaran Sıdıpov (Rusiya), Timur Qareyev (ABŞ) və İvan Popov (Rusiya) 7 xalla sonrakı yerləri bölüşüblər.

İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycanla yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 156 şahmatçı mübarizə aparıb.

İştirakçılardan 16-sı qrossmeysterdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR