Dərc edildi: Baxış sayı: 415
Bakıya qəza enişi edən təyyarə Moskvaya yola salındı
“Azur Air” şirkətinə məxsus Qoa-Moskva marşrutu üzrə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Oxu.Az-a verilən məlumata görə, eniş Bakı vaxtı ilə 11:05-də uğurla yerinə yetirilib.
Bütün sərnişinlər aeroportda yerləşdirilib, onlara qida və içkilər təklif olunacaq.
Məlumatlara görə, sərnişinlər üçün şirkət tərəfindən başqa təyyarə ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət