Slimfit
  1. İDMAN

Bakıya gələn ermənilər: Hər şey mükəmməldir

Bakıya gələn ermənilər: Hər şey mükəmməldir
Sakura

Bakıya gələn ermənilər: Hər şey mükəmməldir

Milli Gimnastika Arenası bu gün nüfuzlu beynəlxalq turnirə ev sahibliyi edəcək.

Axar.az xəbər verir ki, mayın 24-dən 26-dək ilk dəfə Bakıda aerobika üzrə Avropa çempionatı keçiriləcək.

22 ölkədən 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin, aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaq. Bu yarışda Qarsevan və Duxik Canazyan adlı erməni əsilli gimnastlar da iştirak edəcək. Bacı-qardaş olan gimnastlar Rusiya yığmasını təmsil edəcək.

Qarsevan Canazyan açıqlamasında hər şeyin çox yaxşı və təhlükəsiz olduğunu deyib:

“Bizi hər şey qane edir. Heç bir təzyiq yoxdur”.

Duxik Canazyan da təşkilatçılığın əla olduğunu söyləyib:

“Təşkilatçılıq həm yarış şəraiti, həm də təhlükəsizlik baxımından əladır. İdman və məşq zalı mükəmməldir. Burada əsl idman atmosferi var”.

D.Canazyan idmanın siyasətdən ayrı olduğunu vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR