Dərc edildi: Baxış sayı: 670
Yay mövsümünün başa çatması və istirahətdə olan insanların Bakıya qayıtması ilə əlaqədar metroda sıxlıq…
Yay mövsümünün başa çatması və istirahətdə olan insanların Bakıya qayıtması ilə əlaqədar metroda sıxlıq yaşanır.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, yaxın 1-2 gün ərzində metropolitendə qatarların hərəkətində payız-qış qrafikinə keçiləcək.

“Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar "Bakımetropoliteni"ndə sərnişin axınının get-gedə intensivləşməsi müşahidə olunur. Mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə bir sıra tədbirlər görülür. Onlar arasında ənənə üzrə, qatarların yeni hərəkət cədvəlinin tətbiqi xüsusi yer tutur. Payız-qış rejiminə keçildikdə qataraların intervalı azalır, həm də qatarların sayı artır. Bununla yanaşı, mövsümə uyğun olaraq digər tədbirlər görüləcək”.
Qeyd edək ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət