Slimfit
  1. CƏMİYYƏT

Bakıxanovdakı tunel tikintisi nə vaxt başa çatır?

Bakıxanovdakı tunel tikintisi nə vaxt başa çatır?
Sakura

Bakıxanovdakı tunel tikintisi nə vaxt başa çatır?

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ilə Sabunçu qəsəbəsi arasında yerləşən dəmir yolu xəttinin altından tikilməkdə olan tunel səbəbindən yolun digər hissəsi yüklənib. Bu isə xüsusilə səhər saatlarında dözülməz tıxac yaradır.

Mövzu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a bildirilib ki, Bakıxanov və Sabunçu qəsəbələri arasındakı yeraltı tunelin tikintisi plana uyğun davam etdirilir.

ADY-dən bildiriblər ki, indiyədək qapalı hissənin 30 metri və istinad divarları tikilib:

“Ərazidəki bütün kommunikasiya xətləri köçürülüb. Hazırda suvaqlar vurulur. Tunelin girişində isə qazıntı işləri aparılır. Tikinti işlərinin fevralın sonu, martın əvvəlinə yekunlaşdırılması planlaşdırılır”.

Xatırladaq ki, tunelin tikintisinə bu il avqustun 23-dən başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR