Slimfit
  1. CƏMİYYƏT

Bakının üç rayonunda oğurluq hadisələri baş verib

Bakının üç rayonunda oğurluq hadisələri baş verib
Sakura

Bakının üç rayonunda oğurluq hadisələri baş verib

Binəqədi, Səbail və Nərimanov rayonlarında oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ens.Az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində mağazalarda quraşdırılan və içərisində 5400 manat maddi vəsait olan 2 ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Səbail və Nərimanov rayonlarında yerləşən ticarət mərkəzlərində mağazaların birindən 480 manat dəyərində qızıl-zinət əşyası, həmçinin ayrı-ayrı vətəndaşlara məxsus mobil telefonlar və bank kartları oğurlamaqda şübhəli bilinən 30 yaşlı N.Kərimova, 30 yaşlı S.Əsgərov, 28 yaşlı F.Mənsimli və iki yeniyetmənin saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

 

Araşdırmalar aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR