Dərc edildi: Baxış sayı: 414
Bakının nəqliyyat sektorunda çalışanlar pandemiya dövründə işsiz qalmayıb
“Karantin dövründə “BakuBus” MMC-də heç bir sürücünün işdən çıxarılması və ya əmək haqqının azaldılması baş verməyib”.
Bunu “Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
“Digər daşıyıcı şirkətlərə də keçirilən videokonfranslar zamanı işçiləri ixtisar etməmək və əmək haqqını azaltmamaqla bağlı tövsiyələr vermişik. Sürücülər tərəfindən də bizə işdən azad edilmə və ya əmək haqqının azaldılması ilə bağlı şikayət daxil olmayıb”, - deyə M.Ağayev bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət