Dərc edildi: Baxış sayı: 568
Bakının mərkəzində tikilən yeni metrostansiyadan xəbər var
Bakı Metropoliteninin tikilməkdə olan şərti adı “B3” olan stansiyasında avadanlıqların quraşdırılması işlərinə start verilib.
Oxu.Az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gün keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda stansiyanın platformasına mərmər döşənməsinə başlanılıb:
“Demək olar ki, tikintinin böyük bir hissəsi başa çatıb. Yolun tikintisi isə tam yekunlaşıb. Stansiyada eskalatorların quraşdırılmasına başlanılıb və artıq sona çatmaq üzrədir. 17 eskalatordan ibarət stansiya üç səviyyədən (mərtəbədən) ibarət olacaq. İşlər qaydasında gedərsə, bu il stansiya sərnişinlərin istifadəsinə veriləcək”.
Xatırladaq ki, şərti adı “B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət