Bakının mərkəzində böyük söküntü planı: “Gecəqondu”lar tarixə qovuşur
Ərazi həm də yeni metrostansiyanın istifadəyə veriləcəyilə əlaqədar olaraq diqqət mərkəzindədir. Çünki “Bakı Metropoliteni” QSC “Papanin” adlanan ərazidə şərti adı “B3” olan (şərti adı “B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir - red.) stansiyanın 2020-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.
Bəs yeni açılacaq stansiyanın ətrafındakı “gecəqondu” adlanan evlərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı Nəsimi rayonu İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elgün Əlizadə Modern.az-a bildirib ki, hələlik söküntü işləri təxirə salınıb:
“Ümumilikdə bu barədə dəqiq məlumat yoxdur. Amma böyük ehtimalla, söküntü işlərinə stansiyanın açılışından sonra baxılacaq. “Papanin”, “Xutor” ərazilərindəki söküntülər böyük layihələrdir.
Onlar planlaşdırılmalı, maliyyə ayrılmalıdır ki, söküntü işlərinə başlanılsın. Bunlar dövlət tenderləri olduğu üçün maliyyə vəsaiti tələb edilir. Qəzalı evlərin, binaların hamısı tədricən söküləcək”.
Layihənin yekunlaşmasına gəlincə, şöbə müdiri bunun işlərə başlanıldıqdan sonra bəlli olacağını diqqətə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət