Dərc edildi: Baxış sayı: 82
Bakının mərkəzi küçələrinin birindəki zolaq çaşqınlıq yaradır
Aparıcı Turalın Bakının mərkəzi küçələrinin birində lentə aldığı video maraqla qarşılanıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, videoda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşlarının işi sual doğurub.
"Bu zolaq maşınlar, digəri isə velosiped üçündür. Olmazdı ki, elə velosiped buradan, bir maşın o hissədən, o biri isə digər zolaqdan getsin? Və ya buranı parkinq etmək də olardı. Orada "dayanmaq qadağandır" nişanı qoyulub. Bu zolaq bizim üçün hansı rolu oynayır?" , - DJ Tural agentliyə tənqidi sual ünvanlayıb.
Qeyd edək ki, daha əvvəl də AYNA-nın yollarda çəkdiyi zolaqlarla bağlı problemlər ortaya çıxmışdı.
Həmin görüntüləri təqdim edirik:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət