Slimfit
  1. GÜNDƏM

Bakının iki magistralında sürət həddi endirildi

Bakının iki magistralında sürət həddi endirildi
Sakura

Bakının iki magistralında sürət həddi endirildi

Paytaxtın Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Oxu.Az-ın məlumatına görə, buna səbəb yağışlı hava şəraiti ilə əlaqədar təhlükəsizliyi təmin etməkdir: 

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə olunur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkədə xüsusi təhlükəli hidrometeoroloji hadisə barədə xəbərdarlıq edib. 

Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR