Slimfit
  1. İQTİSADİYYAT

Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb

Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb
Sakura

Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb

“Bu ilin əvvəlindən indiyədək Bakının daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%-lik artım var”.

Bu barədə “Report”a bazarı araşdıran MBA konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, alıcılıq qabiliyyətində də artım var: “Bu özünü bazarda müşahidə olunan aktivlikdə həm sayda, həm də qiymətlərdə göstərir”.

N.İbrahimov deyib ki, ümumiyyətlə, 2019-cu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılır: “Belə ki, qiymət artımının, təqribən, 6-8% civarında olması gözlənilir.

Ekspert həmçinin əlavə edib ki, bu il mənzil bazarında, ola bilsin ki, 5-6%-lik artım olsun: “Lakin torpaq bazarında 5-6%-lik artımdan daha çoxunu gözləyirik. İcarə bazarında 4-5%, mənzillərin kirayəsində isə qiymət artımı 7-8% ola bilər”.

O, Azərbaycanda əmlak alanlar barədə danışarkən qeyd edib ki, ölkədə əmlak satınalanlar azərbaycanlılardır: “Xaricilərin - ərəblərin, ingilislərin ölkədə kütləvi şəkildə əmlak almalarına rast gəlməmişəm. Bu kimi hallar az olur”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR