Slimfit
  1. CƏMİYYƏT

Bakını köhnə maşınlardan necə təmizləyək?

Bakını köhnə maşınlardan necə təmizləyək?
Sakura

Bakını köhnə maşınlardan necə təmizləyək?

Azərbaycanın avtomobil yollarında köhnə, istismar müddətini başa vurmuş çoxsaylı maşınlar hərəkət edir. “Qafqazinfo” xəbər  verir ki, belə avtomobillər əsasən Sovet dövründən qalmış nəqliyyat vasitələridir. İnsanlar isə hələ də bu maşınlardan istifadə etmək məcburiyyətindədirlər. Çünki maddi vəziyyətlərinə görə, köhnə avtomobillərini yeniləri ilə əvəzləyə bilmirlər. 

Ancaq sözügedən avtomobillər isə ekoloji  vəziyyətə mənfi təsir edərək havanı çirkləndirir. Bundan əlavə, ölkədə yol qəzalarının 70-75 faizi məhz ili köhnə avtomobillərin payına düşür. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, hazırda ölkədəki avtomobillərin 20 faizi heç bir standarta cavab vermir. Yerdə qalan 40 faizi Avro-1 standartına, 30 faizi isə Avro-2 və Avro-3 standartlarının payına uyğundur. Avro-4 və 5 standartına uyğun avtomobillər isə ümumi bazarın 10 faizini təşkil edir. 

Ayrı-ayrı dövlətlər isə məhz bu amilləri nəzərə alaraq, avtomobil sahiblərinə dəstək göstərirlər. Bu proqram isə dünyada utilizasiya prosesi kimi dəyərləndirilir. Belə ki, dövlət, yaxud hansısa avtomobil istehlakçıları vətəndaşlara maşınlarını dəyişmək üçün imkan yaradır. 

Məsələn, qonşu Rusiyada və Türkiyədə də artıq belə bir təcrübə mövcuddur. Şimal qonşumuz 2005- ci ildən “Avro-5” standartlarını tətbiq etməyə başlayıb. 2017-ci ildə  qəbul edilmiş proqrama əsasən isə, avtomobilini utilizasiyaya təhvil vermiş sürücülər, yeni avtomobil almaq üçün müəyyən qədər vəsait və ya güzəşt əldə edə bilirlər.

Həmçinin,  qonşu ölkədə bu proqrama avtomobil istehsalçıları da dəstək olur. Belə ki, avtomobil istehsalı ilə məşğul olan firmaların dilerləri sürücülərlə müqavilə bağlayır, bundan sonra avtomobil vəziyyətinə və formasına görə dəyərləndirilir. Müqavilə bağlandıqdan sonra avtomobili hərəkətə gətirmək olmaz. Avtomobil evakuatorla utlizasiya məntəqəsinə daşınır. Utilizasiya edilmiş avtomobilin əvəzində, nəqliyyat vasitəsinin sahibi avtomobil istehsal edən firmadan 1500-10000 min manata qədər güzəştlə yeni avtomobil ala bilir.

Qeyd edək ki, eyni təcrübə Türkiyədə də istifadə edilib.

Azərbaycanda isə bu təcrübə hələ ki, ictimai nəqliyyata şamil olunub.  Əsasən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, metro  vaqonlarının yenilənməsi prosesi həyata keçirilir.  

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “Qafqazinfo”ya bildirib ki, prezident İlham Əliyevin 2019-2023- cü illər üçün təsdiq etdiyi Dövlət Proqramında bu məsələ öz əksini tapıb: “Həmin proqram yol hərəkətinin təhlükəsizliyi ilə bağlıdır. Belə ki, Nazirlər Kabineti 2019-2020-ci illərdə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə birlikdə Azərbaycanda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqini təmin etməlidir. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Bəs utilizasiya proqramı necə həyata keçiriləcək?

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi işləri üzrə məsləhət xidmətləri üçün elan etdiyi tenderin qalibi "Eko Enerji" MMC olub. Bağlanmış müqaviləyə əsasən, "Təmiz Şəhər" ASC yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi işləri üzrə məsləhət xidmətləri üçün "Eko Enerji" MMC-yə 47 min 508 manat ödəyəcək. 

Xatırladım ki, Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiqlənib. Proqrama əsasən, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə 2019-2020-cu illərdə Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqini təmin etməlidir. "Təmiz Şəhər" ASC səhmlərinin saxlanması və ya idarə olunması İqtisadiyyat Nazirliyinə həvalə olunmuş hüquqi şəxslər sırasında yer alıb”.

Onun sözlərinə görə, utilizasiya haqqında qərar qəbul olunan zaman orada konkret müddət göstəriləcək: “Məsələn, avtobusun istismar müddəti 10 ildən artıqdırsa, sözügedən avtobus utilizasiya ediləcək.Taksilər də həmçinin.Biz köhnə avtomobilin olmamasını istəyirik, ancaq bunun olmaması üçün qanun lazımdır. Qonşu Rusiyada və Türkiyədə olan təcrübə bizdə də var. Belə ki, cənab prezidentin qərarı ilə “Bakubus” MMC yaradılıb. Belə ki, ölkəyə yeni avtobusların gətirilməsi üçün Bakı Nəqliyyat Agentliyinə maliyyə vəsaiti ayrılıb.O cümlədən, Bakı Taxi Xidməti də var. Həmin taksilər əsasən hava limanı ərazisində fəaliyyət göstərir. Onlar da dövlətdən ayrılan dotasiya hesabına yaradılıb. Ancaq bütün növ ictimai nəqliyyata bunu şamil etmək təcrübəsi heç başqa ölkələrdə də yoxdur. Taksi xidməti fərdi sahibkarlıq xidmətidir. Utilizasiya isə sadəcə xidmət üçün verilir. Əgər şəxsin öz fərdi maşını köhnədirsə, bunun utilizasiyası üçün əlavə qərarlar olmalıdır. Hansısa sürücü bununla bağlı müraciət edə bilər, bunun əsasında müəyyən qədər vəsait də ayrıla bilər. Ancaq hələ ki, bununla bağlı qərar yoxdur. Başqa ölkələrdə köhnə avtomobili gətirməklə onu utilizasiya prosesinə cəlb edirlər. Qarşılığında müəyyən məbləğ əldə edirlər. 

Ekspertlər isə  məsələnin həlli yolları ilə bağlı təkliflərini mətbuatda zaman-zaman səsləndiriblər. Onlar vaxtilə avtomobillər üçün utilizasiya yerlərinin mövcud olduğunu xatırladıblar. Belə ki, vətəndaşlar köhnə avtomobillərini təhvil verib, kifayət qədər pul alırdılar və həmin tullantılar təkrar emala yönləndirilirdi. Bundan əlavə, Azərbaycanda avtomobil zavodları fəaliyyət göstərir. 
Onların da  təklifinə görə, dövlət elə bir proqram yarada bilər ki, vətəndaşlar Azərbaycan istehsalı olan avtomobilləri güzəştli kreditlərlə əldə edə bilərlər. Bununla həm avtomobil satışı artar, həm sahibkarların maraqları qarşılanar, həm də avtomobilini təhvil vermiş insanlar nəqliyyat vasitəsi ala bilərlər.

Bu arada bildirək ki, qanunvericilikdə köhnə avtomobilin utilizasiyası ilə bağlı Dövlət Yol Polisinə müraciət edilməli olduğu vurğulanır. Ancaq utilizasiyadan sonra isə onlara yeni avtomobil alınması üçün hər hansı dəstək mexanizmi yoxdur. Belə ki, sadəcə avtomobil sahibi özünə məxsus avtomobilin vəziyyəti haqqında Dövlət Yol Polisinə məlumat verir.  Daha sonra isə,  nəqliyyat vasitəsini dövlət nömrə nişanını, qeydiyyat şəhadətnaməsi ilə birlikdə təhvil verir. DYP-də avtomobilin utilizasiyaya verilməsi qeydiyyata alınır. Ondan sonra bu avtomobillər çıxdaş edilir. Avtomobil çıxdaş edilirsə, nəqliyyat vasitəsi "metalloma" verilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR