Slimfit
  1. AZƏRBAYCAN

“Bakıfilekspo” V Milli Filateliya sərgisi keçiriləcək

“Bakıfilekspo” V Milli Filateliya sərgisi keçiriləcək
Sakura

“Bakıfilekspo” V Milli Filateliya sərgisi keçiriləcək

 Azərbaycan Filatelistlər İttifaqı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC-nin təşkilatçılığı ilə 8-10 noyabr tarixində Bakı şəhəri Azərbaycan Xalça Muzeyinin 3-cü mərtəbəsində “Dövlət Bayrağı və Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “Bakıfilekspo” V Milli Filateliya sərgisi keçiriləcək.

Bu barədə "Report"a Təşkilat Komitəsindən xəbər verilib. 

Sərginin əsas məqsədi müasir Azərbaycan dövlətçiliyinin yaranma və inkişaf tarixini, Cümhuriyyətin və Dövlət Bayrağının 100 illiyinin təntənəli keçirilməsində Dövlət rəmzlərinin aliliyi və əhəmiyyətinin filateliya, filakartiya, filuminiya və numizmatika materialları vasitəsi ilə göstərmək və təbliğ etməkdir.

“Bakıfilekspo” V Milli filateliya sərgisində Azərbaycan Dövlət Bayrağına həsr edilmiş poçt markasının və birinci gün zərfinin təqdimatı, həmçinin də bu sərgi üçün xususi hazırlanmış zərfdə xatirə ştempelinin vurulması mərasimi təntənəli surətdə keçiriləcək.

Sərgidə müsabiqələr 7 nominasiyada keçirilməsi planlaşdırılır. Ümumiyyətlə sərgidə bütün nominasiyalarda 19 kolleksiya, 34 çap işi nümayiş ediləcək.

Bunlardan 4 toplu rəsmi dərəcədə, 20 çap işi müsabiqədən kənar dərəcəsində, 8 toplu filateliya sinfində, 3 toplu filokartiya və fuluminiya sinfində, 4 toplu numizmatika sinfində və 14 çap işi ədəbiyyat sinfində təqdim ediləcək.

Sərgidə müsabiqə dərəcəsində göstəriləcək 19 topludan 13-ü ilk dəfə nümayiş etdiriləcək.

Sərginin müsabiqədən kənar dərəcəsində, tarix elmləri doktoru, professor Əli Rəcəblinin “Şirvanşahlar Dövlətində sikkə zərbi (VIII-XVI yüz illər)” və “Qafqaz pulları” kitablarının təqdimatı keçiriləcək.

Sərginin filateliya sinfində İlqar Rəhimovun Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan poçt dövriyyəsi tarixindən səhifələr 1919-1923” adlı toplusunu, Gündüz Rəhimovun “1992-2018-ci illər Azərbaycan poçt markalarının maraqlı və ilginc buraxılışları adlı toplusunu, İlqar Rimazinin “Yelezavetpol şəhəri və onun ətraf kəndləri poçt açıqçalarında və fotolarında” adlı toplusunu önəmli eksponatlar kimi göstərmək olar.

V Milli filateliya sərgisində Azərbaycan Dövlətçiliyinin önəmli səhifələrinə həsr olunmuş “Azərbaycan Xanlıqlarının pul dövriyyəsi tarixi” adlı sikkə kolleksiyası ilk dəfə nümayiş olunacaqdır. 300-ə qədər sikkədən ibarət olan kolleksiyada Gəncə, Şəki, Şirvan, İrəvan, Quba, Təbriz, Dərbənd və Qarabağ xanlıqları təmsil olunacaq.

Sərginin ən gənc iştirakçısı 12 yaşlı Altıparmak Yağız “Mustafa Kemal Atatürk Türkiyə poçt markalarında və birinci gün zərflərində” adlı toplusu ilə filateliya sinfində iştirak edəcək.

Müsabiqənin sonuncu ədəbiyyat sinfində Azad Hüseynov faleristikaya, Mustafa Şabanovun numizmatikaya, Eldar İsmayılovun faleristika üzrə çap olunmuş kitabları və məqalələri təqdim ediləcək.

Filateliya sərgisində şəxsiləşdirilmiş poçt markalarının bir neçə çeşiddə çapı təşkil olunaraq iştirakçılara və qonaqlara təqdim olunacaq.

Sərginin fəaliyyəti zamanı “Azərmarka” MMC və Num.az MMC-nin köşkləri qonaqlara filateliya və numizmatika üzrə materialların və aksesuarların satışını təşkil edəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR