Dərc edildi: Baxış sayı: 470
Bakıdan Türkiyəyə gedəcək qatarın tarixi açıqlandı
Gələn il Bakı-Tbilisi-Qars istiqamətində sərnişin qatarı istifadəyə veriləcək.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında verib. Sədr bildirib ki, hazırda vaqonların hazırlanması gecikir:
"Ona görə də biz bunu aça bilmirik. Fevralın sonu, martda qatarlar təhvil veriləcək. Verilən kimi də qatar işə salınacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət