Slimfit
  1. CƏMİYYƏT

Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA

Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA
Sakura

Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi ümumi karantin rejimi avqustun 31-nə kimi uzadıldı. Bundan əlavə şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Bəs narıncı zonaya daxil olmayan bu rayonlara gediş-gəliş mümkün olacaqmı? Ümumiyyətlə qarşıdakı günlərdə Bakıdan rayonlara ictimai nəqliyyat vasitələri ilə hərəkət etmək üçün məhdudiyyətlər aradan qaldırılacaqmı?

Ens.az xəbər verir ki, bu barədə Metbuat.az-a özəl müsahibəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bununla bağlı dəyişən bir şey yoxdur.

''Burada dəyişən o oldu ki, Samux rayonu və Lənkəran şəhəri sərt karantin rejiminin tətbiq edildiyi bölgələr sırasından çıxarıldı və narıncı zonaya daxil olan xüsusi karantin rejimi bu yerlərə tətbiq olunmayacaq. Həmçinin Lənkəran şəhəri və Samux rayonunda həftə sonlarında daxildə ictimai nəqliyyatın işləməsinə icazə veriləcək. Amma Lənkəran şəhəri və Samux rayonuna Bakıdan getmək mümkün olmayacaq. Ümumiyyətlə hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın istənilən şəhər və rayonuna avtobusların çıxışı yoxdur. Eyni zamanda respublikanın digər avtovağzallarından da regionlara gediş-gəliş avtobuslar ilə mümkün deyil.''

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR