Slimfit
  1. CƏMİYYƏT

Bakıdan Nyu Yorka aviareyslərlə bağlı yeni xəbər

Bakıdan Nyu Yorka aviareyslərlə bağlı yeni xəbər
Sakura

Bakıdan Nyu Yorka aviareyslərlə bağlı yeni xəbər

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakıdan Nyu Yorka uçuşları davam etdirəcək.

Axar.az AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

Beləliklə, Bakıdan Nyu Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Qeyd edilib ki, Bakı-Nyu York reysləri (“JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu "Boinq 787 Dreamliner" təyyarələri ilə yerinə yetiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR