Dərc edildi: Baxış sayı: 633
Bakıdan Batumiyə qədər müasir standartlara uyğun avtomobil yolu olacaq
“Gəncədən Gürcüstanla dövlət sərhədinə qədər, müasir standartlara cavab verən avtomobil yolunun tikintisi 2021-ci ildə başa çatacaq”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialına dair bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Gürcüstan tərəfdə sərhədə qədər olan yol eyni səviyyədə qurulur: “Beləliklə, 2021-ci ilə qədər Bakıdan Batumiyə kimi müasir standartlara cavab verən yol olacaq. Şimal istiqamətində 2-ci yol isə 2020-ci ildə istifadəyə veriləcək. Bununla da, ölkənin şimal sərhədindən cənub sərhədinə kimi A kateqoriyalı yol istifadədə olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət