Slimfit
  1. AZƏRBAYCAN

Bakıdakı sıxlığın səbəbi açıqlandı: “Nəqliyyat vasitələrinin xaotik hərəkəti...”

Bakıdakı sıxlığın səbəbi açıqlandı: “Nəqliyyat vasitələrinin xaotik hərəkəti...”
Sakura

Bakıdakı sıxlığın səbəbi açıqlandı: “Nəqliyyat vasitələrinin xaotik hərəkəti...”

“Son günlərdə, təəssüf ki, sərnişindaşımada sıxlıq müşahidə edilir. Tövsiyə edirik ki, vətəndaşlar evlərini zərurət olmadan tərk etməsinlər”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, sərnişinlərin ictimai nəqliyyatdan yerli-yersiz istifadə etməsi sui-istifadə hallarının çox olduğunu göstərir:

“Məsələn, bazar ertəsi günləri üçün 6 apreldə 378 min sərnişin, bundan iki həftə sonra 537 min sərnişin, 27 apreldə isə 736 min sərnişin daşınıb. Sərnişinlərin sayında artım olub. Sıxlıq müşahidə edilir və bu, xoşagəlməz hadisələrə gətirib çıxara bilər”.

Sədr bildirib ki, bir həftə əvvəlki ilə müqayisədə, bugünkü nəqliyyat axını arasında 10-12 faiz artım müşahidə edilir. 

“Nəqliyyat vasitələrinin xaotik hərəkəti, postlara yaxınlaşmadan sənədlərin çıxarılmaması sıxlığa səbəb olur”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR