Slimfit
  1. GÜNDƏM

Bakıdakı 64 saylı marşrut xətti istiqamətində yeni avtobuslar istifadəyə veriləcək

Bakıdakı 64 saylı marşrut xətti istiqamətində yeni avtobuslar istifadəyə veriləcək
Sakura

Bakıdakı 64 saylı marşrut xətti istiqamətində yeni avtobuslar istifadəyə veriləcək

 Bakı Nəqliyyat Agentliyi (BNA) "Neftçilər" metro stansiyasından Yeni Günəşli qəsəbəsi istiqamətindəki 64 saylı müntəzəm marşrut xətti üçün 20 yeni avtobus istifadəyə verəcək.

Report”un məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni avtobusların təqdimat mərasimində bildirib.

“Həmin marşrut xətti üzrə daşıyıcının fəaliyyəti qənaətbəxş olmadığından BNA onunla imzaladığı müqaviləyə xitam verib, başqa daşıyıcı ilə müqavilə imzalayıb. Dəfələrlə Agentliyə 64 saylı marşrut üzrə sərnişindaşımanın keyfiyyətinin aşağı olması, qeyri-peşəkar sürücülərin avtobusları idarə etməsi, avtobusların texniki cəhətdən qoyulan tələblərə cavab verməməsi ilə bağlı şikayətlər daxil olurdu. Daşıcı qarşısında bununla bağlı tələblər qoyulsa da, bu istiqamətdə addımlar atılmırdı. Buna görə də müqaviləyə xitam verilib. Yeni avtobuslar yaxın günlərdə xəttə buraxılacaq, 4 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. Avtobuslarda fiziki imkanları zəif olan şəxslərin istifadəsi üçün panduslar yerləşdirilib, əlil arabaları üçün yer quraşdırılıb, kart sistemi hələlik tətbiq olunmayıb”, - o qeyd edib.

Bundan başqa, M.Ağayevin sözlərinə görə, BNA gələn il ölkəyə daha 300 avtobus gətirəcək: “Həmin avtobuslar gətirildikdən sonra bütün yenilənmiş xətlər üzrə kart sisteminə keçid təmin ediləcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR