Bakıda yollar belə yuyulur
Paytaxtda koronavirus infeksiyasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu səbəblə Bakı Şəhər İcra Hakimiyyəti ciddi təxirəsalınmaz işlər görür. Paytaxt ərazisində qurum tərəfindən xüsusi ayrılmış kommunal texnikalar gündəlik olaraq dezinfeksiya proseslərini həyata keçirir.
Martın 22-də paytaxtın Heydər Əliyev prospektində də yolların yuyulması prosesi baş tutub. Texnikalarda olan suyun tərkibinə xüsusi dərman və dezinfeksiyaedici məhlullar qatılıb. Proses daha sonra Səbail rayonunda da davam etdirilib.
Paytaxt yolları yuyulduqdan sonra mərkəzi küçələrdəki yaşayış binalarının həyətləri, giriş blokları, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər, lift kabinləri, pilləkən marşları dezinfeksiya edilib.
Səbail rayon 5 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Xamis Osmanov Baku TV-yə bildirilib ki, rayon ərazisində Zərifə Əliyeva, Xəqani, Üzeyir Hacıbəyov və Nizami küçələrindəki binalarda işlər yekunlaşıb.
Qurum rəsmisi həmçinin əlavə edib ki, 20 blokda, 15 həyətdə işlər tamamlanıb. Səməd Vurğun küçəsində isə işlər növbəti günlərdə davam etdiriləcək.
Qeyd edək ki, dezinfeksiya işləri gündəlik olaraq olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək aparılır. Dezinfeksiya prosesi mütəmadi olaraq davam etdiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət