Slimfit
  1. CƏMİYYƏT

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan mağaza satıcıları cərimələniblər

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan mağaza satıcıları cərimələniblər
Sakura

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan mağaza satıcıları cərimələniblər

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı Rayon Polis idarələri əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində qeyd olunan rayonlar ərazisində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları - H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR