Bakıda yeni yaşıllıqların salınması məqsədilə vətəndaşlara pulsuz tinglər paylanılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən təşkil olunan ağac əkilməsinin təşviqi kampaniyasında əhaliyə, ümumilikdə, 6000-ə yaxın müxtəlif ağac tingi paylanılıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiya vətəndaşların fəal iştirakı ilə başa çatıb.
Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçirilən aksiya zamanı mütəxəssislər tərəfindən vətəndaşlara ağacların əkilməsi və onlara qulluq göstərilməsi qaydaları izah olunub.
“Hər ailə ağac əksin” devizi altında keçirilən kampaniya 12 və 17 noyabrda daha kütləvi xarakter alaraq ölkənin digər regionlarında davam etdiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət